Futbol üzrə Kipr çempionatında 6-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin formasını geyindiyi "Etnikos" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə APOEL-lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
 
Araz da bu görüşün iştirakçısı olub. O, 65-ci dəqiqədə meydana buraxılıb.
 
"Etnikos" 6 turdan sonra 1 xalla 12 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest