Futbol üzrə İtaliya A Seriyasında 15-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
 
"Atalanta" doğma meydanda "Venetsiya" ilə üz-üzə gəlib və növbəti qələbəsini qazanıb. "Fiorentina" "Sampdoriya"nı məğlub yola salıb. Uğursuz mövsüm keçirən "Yuventus" isə səfərdə "Salernitana" ilə qarşılaşıb. Turin təmsilçisi də inamlı qələbəyə sevinib. "Verona" – "Kalyari" matçında isə qapılara qol vurulmayıb.
 
İtaliya A Seriyası
15-ci tur
30 noyabr
 
Atalanta – Venetsiya 4:0
Qol: Paşaliç, 7; 12; 67. Kopmeyners, 57.
 
Fiorentina – Sampdoriya 3:1
Qol: Kallexon, 23. Vlahoviç, 32. Sottil, 45 – Qabbyadini, 15.
 
Salernitana – Yuventus 0:2
Qol: Dibala, 21. Morata, 70.
 
Verona – Kalyari 0:0
 
1 dekabr
 
21:30. Bolonya – Roma
21:30. İnter – Spetsiya
23:45. Cenoa – Milan
23:45. Sassuolo – Napoli
 
2 dekabr
 
21:30. Torino – Empoli
23:45. Latsio – Udineze
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest