"Sumqayıt"ın yeni transferi Peyman Babayi təqdirəlayiq addıma əl atıb. Matç.az saytının məlumatına görə, bu qış "Maşinsazi"dən icarəyə götürülən cənubi azərbaycanlı hücumçu Şəhidlər Xiyabanını ziyarət edib.

Antalya toplanışından dönər-dönməz şəhidlərimizin məzarını ziyarət edən Babayi instaqram hesabı vasitəsilə bunu paylaşıb və "Şəhidlərimizin izni ilə Sumqayıt şəhərinə yollandım" statusunu yazıb.

Bəzi futbolçularımızın Şəhidlər Xiyabanının, bəlkə də, harda yerləşdiyini bilmədiyi ülvi məkana İrandan gələn soydaşımızın baş çəkməsi yalnız alqışlanası hərəkətdi.

Qeyd edək ki, "Sumqayıt" Peyman Babayini 2020-ci ilin yayına qədər icarəyə götürüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest