"Liverpul"un lideri Məhəmməd Salah qeyri-adi reklama çəkilib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, misirli superulduz DHL-in reklamında iştirak edib.

Futbolçu ötən həftə "2019-cu ilin qərarı: canlı ünsiyyət qurmağın vaxtıdı" deyərək, instaqram və tvitter hesablarını bağlamışdı. Cəmi bir neçə gündən sonra o, video ilə sosial şəbəkəyə qayıdıb. Bütün bunlar poçt göndərmə operatoru olan DHL şirkətinin təşəbbüsüdü.

Sosial şəbəkə vasitəsilə yaza bilməyən azarkeşlərin reklamda ona bağlama göndərdiyi görünür. Həmin bağlamalarda forma, heykəl, müxtəlif əl işləri futbolçuya hədiyyə edilib. Salahın bağlamaları gülərək açması və hədiyyələrə heyrətlənməsi diqqətdən qaçmayıb.

O da öz növbəsində həmin hədiyyələrlə şəkil çəkdirib, imzasını qoyaraq, çərçivə şəklində azarkeşlərə göndərib. Reklamda həddiyələri alan fanatların sevinc göz yaşlarını görməyə dəyər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest