Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 28-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" də növbəti matçına çıxıb.
 
Aue təmsilçisi səfərdə "İnqolştadt" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.
 
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 62-ci dəqiqədə əvəzlənib. Yarımmüdafiəçi 56-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
27 oyuna 19 xal toplamış "Ersgebirge" 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest