"Dinamo"nun (Zaqreb) baş məşqçisi Jelko Kopiç Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin durumu barədə danışıb. Matc.az xəbər verir ki, o, Xorvatiya mətbuatına müsahibəsində Mahirin lazimi səviyyəyə çatacağına inandığını deyib:
 
"Emreli lazımi səviyyəyə çatacaq, amma bunun nə zaman baş verəcəyini söyləmək çətindir. Burada bir neçə amil var: onun kluba, komanda yoldaşlarına, liqaya uyğunlaşması və sairə. "Dinamo"ya gəlib dərhal öz keyfiyyətini göstərmək asan deyil. Xüsusən də, ən yaxşı formada deyilsənsə və komanda ilə hazırlaşmamısansa. Emrelinin keyfiyyətli futbolçu olduğuna əminəm. İnanıram ki, bunu meydanda göstərəcək və hər şey yoluna düşəcək".
 
Qışda Polşa "Legiya"sından ayrılan Mahir Emreli "Dinamo" ilə 4.5 illik müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest