"Fənərbaxça"nın futbolçusu Məsut özil İngiltərəyə geri dönə bilər. Matc.az xəbər verir ki, ötən mövsüm "Fənərbaxça" ya keçən özil hazırda "sarı-lacivərdlilər"in heyətindən kənarda qalıb.
 
özilin "Fənərbaxça"da çətin dövr keçirməsi səbəbiylə türkiyəli məşhur iş adamı Acun Ilıcalı hərəkətə keçib. Ilıcalı özili sahibi olduğu İngiltərənin çempionşip klubu "Hall Siti"yə transfer etməyi planlaşdırır.
 
özil əvvəllər İngiltərədə "Arsenal"da forma geyinib.
 
"Qalatasaray"ın niderlandlı futbolçusu Rayan Babelin də mövsümün sonunda "Hall Siti"yə yollanacağı gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest