Futbol üzrə İngiltərə Premyer Liqasında 31-ci tura start verilib. Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları ilk oyun gününə təsadüf edib.
 
Turun açılış matçında "Liverpul" "Uotford"u sınağa çəkib və inamlı qələbəyə sevinib. ötən tur "Kristal Pelas"la heç-heçə edən "Mançester Siti" isə bu dəfə "Bernli"ni səfərdə məğlub edib.
 
Turun diqqətçəkən matçlarından biri "Old Trafford"da oynanılıb. Burada "Mançester Yunayted" cari mövsümdə qeyri-sabit oyun sərgiləyən "Lester Siti"ni qəbul edib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər. "Brayton" - "Norviç Siti" və "Lids" - "Sauthempton" matçlarında da qalib müəyyənləşməyib. 
 
Turun ən gözlənilməz nəticələrindən biri Londonda qeydə alınıb. Burada "çelsi" "Brentford"la ev oyunundan böyükhesablı məğlubiyyətlə ayrılıb.
 
İngiltərə Premyer Liqası
31-ci tur
 
2 aprel
 
Liverpul – Uotford 2:0
Qol: Jota, 22. Fabinyo, 89-pen.
 
Bernli – Mançester Siti 0:2
Qol: De Bruyne, 5. İ.Gündoğan, 25.
 
Brayton – Norviç Siti 0:0
 
Vulverhempton – Aston Villa 2:1
Qol: Conni, 7. E.Yanq, 36-öz qapısına – Uotkins, 86-pen.
 
Lids – Sauthempton 1:1
Qol: Harrison, 29 – Uord-Prauz, 49.
 
çelsi – Brentford 1:4
Qol: Rüdiger, 48 – Caneltt, 50; 60. Eriksen, 54. Vissa, 87.
 
Mançester Yunayted – Lester Siti 1:1
Qol: Fred, 66 – İheanaço, 63.
 
3 aprel
 
17:00 Vest Hem – Everton
19:30 Tottenhem – Nyukasl
 
4 aprel
 
23:00 Kristal Pelas – Arsenal

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest