Futbol üzrə Türkiyə Super Liqasında 31-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
 
Dörd qolun qeydə alındığı "Girəsunspor" – "Sivasspor" matçında qalib müəyyənləşməyib. "Altay" isə evdə "Antalyaspor"a uduzub.
 
"Fənərbaxça" ardıcıl 4 oyundur məğlub olan "Kayserispor"un qonağı olub və darmadağına sevinib.
 
Son 3 oyunda yalnız bir qələbəsi olan "Qalatasaray" dogma meydanda "Fatih Karagümrük" komandasını sınağa çəkib. Meydan sahibləri bu matçda inamlı qələbə qazanıblar.
 
Türkiyə Super Liqası
31-ci tur
 
2 aprel
 
Girəsunspor – Sivasspor 2:2
Qol: U.Nayir, 72; 79 – Kayode, 39. Qradel, 44.
 
Kayserispor – Fənərbaxça 0:4
Qol: Zayç, 16. Rossi, 45. İ.Kahveçi, 54. A.Gülər, 90+3.
 
Altay – Antalyaspor 1:2
Qol: Rayan, 74-pen – L.Adriano, 25. Rayt, 70.
 
Qalatasaray – Fatih Karagümrük 2:0
Qol: Qomis, 4-pen. Babel, 12.
 
3 aprel
 
14:30. Kasımpaşa – Qaziantep
17:00. Konyaspor – Göztəpə
17:00. Alanyaspor – Rizəspor
21:30. Trabzonspor – Beşiktaş
 
4 aprel
 
21:30. Hatayspor – Adana Dəmirspor
21:30. Başakşəhər – Yeni Malatyaspor

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest