Futbol üzrə Almaniya Bundesliqasında 28-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər oyunları şənbə gününə təsadüf edib.
 
"Arminiya" - "Ştutqart" matçında qalib müəyyənləşməyib. "Ayntraxt" - "Qroyter" görüşündə ümumiyyətlə qol qeydə alınmayıb. 
 
"Bayer" doğma meydanda "Herta" üzərində qələbəyə sevinib. "Hoffenhaym" isə evdə "Bohum"a uduzub.
 
Martda keçirdiyi 3 oyundan yalnız birində qələbə qazanan "Bayern" "Frayburq"un qonağı olub. Son illərdə Münhen təmsilçisi bu rəqiblə qarşılaşmalarda ciddi müavimətlə üzləşmirdi. Bu dəfə də "Bayern" darmadağınla qalib gəlib.
 
Turun mərkəzi oyunu Dortmundda olub. Burada yerli "Borussiya" "Leypsiq"i sınağa çəkib. Dortmundlular bu görüşdə böyük hesabla uduzublar.
 
Almaniya Bundesliqası
28-ci tur
 
1 aprel
 
Union Berlin – Köln 1:0
Qol: Avoniyi, 49.
 
2 aprel
 
Ayntraxt – Qroyter 0:0
 
Arminiya – Ştutqart 1:1
Qol: Kruger, 59 – Kaladziç, 25-pen.
 
Bayer – Herta 2:1
Qol: Alario, 35. Bellarabi, 40 – Darida, 42.
 
Frayburq – Bayern 1:4
Qol: Petersen, 63 – Qoretska, 58. Qnabri, 73. Koman, 82. Zabitser, 90+6.
 
Hoffenhaym – Bohum 1:2
Qol: Raum, 54 – Asano, 28; 59.
 
Borussiya (Dortmund) – Leypsiq 1:4
Qol: Malen, 84 – Laymer, 21; 30. Nkunku, 58. Olmo, 86.
 
3 aprel
 
17:30. Auqsburq – Volfsburq
19:30. Borussiya (Mönxenqladbax) – Maynts

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest