Futbol üzrə Latviya çempionatında 3-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Asim Əlizadənin formasını geyindiyi "Dauqavpils" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Valmiera" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
 
Asim bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
üç turdan sonra 4 xalı olan "Dauqavpils" 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest