"Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andrade Azərbaycan Premyer Liqasının 21-ci turunda "Səbail"ə qarşı keçirdikləri oyundan (5:1) sonra media mənsublarının suallarını cavablandırıb. Matc.az xəbər verir ki, o, Ağdam klubunda vurduğu ilk qolu barədə danışıb, qələbəni şərh edib:
 
- Belə uğurlu qarşılaşma gözləyirdin?
- çox inamlı idim. Matça yaxşı hazırlaşmışdıq. Gözlədiyimiz oyunu da nümayiş etdirdik.
 
- Milli komandada da debüt etdin. Son bir həftəni futbol həyatında necə qiymətləndirirsən?
- çox çalışanda, zəhmət çəkəndə bunun nəticəsini görürsən. Bunu belə dəyərləndirirəm. Eyni qaydada davam etməliyəm.
 
- Kabo-Verdə millisini seçməyində hansı amil rol oynadı?
- Həm atam, həm Patrik Andrade ilə bu mövzuda danışığımız oldu. Kabo-Verde məni milli komandaya cəlb etmədə çox maraqlı idi, daim diqqətdə saxlayırdılar. özümü Kabo-Verde mədəniyyətinə daha yaxın hiss edirəm. Bütün bu səbəblər milli seçimimə təsir etdi.
 
- İki aydır Azərbaycandasan. Adaptasiya prosesi necə gedir?
- Buna bəlkə də atapdasiya dövrü demək olmaz. çünki həm məşqçi heyəti, həm futbolçular mənə o qədər isti münasibət göstərdilər ki, adaptasiya dövrü yaşadığımı deyə bilmərəm. Proses çox tez baş verdi.
 
- Kabo-Verde millisində oynasan da, Portuqaliyada doğulmusan, orada yaşamısan. "Qarabağ"da dubl edən ilk portuqaliyalı oldun. Bu, sənin üçün nə deməkdir?
- çox xoşbəxtəm. Belə başa düşdüm ki, rekord sahibi oldum. "Zirə" ilə matçda bir çox qol vəziyyətlərim olmuşdu, onlardan istifadə edə bilməmişdim. Komanda yoldaşlarımın zəhməti çoxdur. Qol vəziyyətlərindən yararlana bilməməyimə baxmayaraq, oyundan sonra hamı mənə dəstək oldu. 
 
- Həmyerlin Patrik Andrade "Qarabağ"a transfer olandan sonra düşünərdin ki, bir gün sən də bu komandada oynayacaqsan?
- Patrik "Qarabağ"a gəlməzdən öncə onunla birgə Bolqarıstanda iki oyun keçirmək imkanı əldə etmişdim. O vaxtdan mən də komandanın oyunlarını izləməyə başladım. Həmin vaxt "Qarabağ"ın necə böyük klub olduğunu anlamışdım. Bu klubdan mənə təklif gələndə sevinclə qarşıladım və düşünmədən qəbul etdim.
 
- Sənin üçün doğma mövqe hansıdır?
- Oyuna start heyətdə başladığım mövqe mənim üçün daha rahatdır.
 
- Azərbaycanda yaşam tərzin necədir? Gününü necə keçirirsən?
- Belə böyük fərq hiss etmirəm. Mənə olan münasibət elədir ki, qərib yerə düşdüyümü hiss etmirəm. Yeməklərlə bağlı da eyni sözü deyə bilərəm. Milli mətbəxi dadmışam, xoşuma gəlib. 
 
- "Qarabağ"ın mövsümü "qızıl dubl"la başa vurmaq şansını necə dəyərləndirirsən?
- Bunun üçün həm gücümüz, həm potensialımız var. Sadəcə, inanmaq lazımdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest