Azərbaycan Premyer Liqasının 23-cü turunda keçiriləcək "Qarabağ" – "Şamaxı" qarşılaşmasının biletləri oyun günü - aprelin 15-də satışa çıxarılacaq. Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
 
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 2 manat, mərkəzi sektorlar 5 manat, VIP biletlər isə 10 manat təşkil edir.
 
Satış məntəqəsi: "Azersun Arena".
 
Qapıların azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacağı diqqətə çatdırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest