17 İyun 2025, 17:12
AVROPA LİQASI
Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.
Matc.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə "Sabah"ın da rəqibi müəyyənləşib. Masazır təmsilçisi bu raundda Sloveniyanın "Çelye" klubu ilə qarşılaşacaq.
"Sabah" ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.