Fransa kubokunda 2021/22 mövsümünün final qarşılaşması keçirilib. Matc.az xəbər verir ki, həlledici oyunda "Nitsa" və "Nant" komandaları üz-üzə gəlib.
 
Rəqibini 1:0 hesabıyla məğlub edən "Nant" ölkə kubokunu qazanıb. Matçdakı yeganə qolu 47-ci dəqiqədə Lüdovik Blas vurub.
 
Liqa 1-də 9-cu pillədə qərarlaşan "Nant" tarixində 4-cü dəfə Fransa kubokunu qazanıb. Sözügedən klub son olaraq 22 il əvvəl – 1999/2000 mövsümündə belə uğura imza atmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest