Portuqaliya çempionatında 2021/22 mövsümünün qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, "Portu" 33-cü turda səfərdə "Benfika"ya 1:0 hesabı ilə qalib gəlməklə çempionluğu təmin edib.
 
Yeganə qolu 90+4-cü dəqiqədə Zaydu Zanuzi vurub. Bununla da Portu təmsilçisi xalını 88-ə yüksəldib və çempionatın bitməsinə 1 tur qalmış rəqibləri üçün əlçatmaza çevrilib.
 
Bu, "Portu"nun tarixində 30-cu çempionluğu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest