"Mançester Yunayted" UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq şanslarını itirib. Matc.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 36-cı turunda "Brayton"un qonağı olan "qırmızı şeytanlar" 0:4 hesabı ilə uduzub.

"Mançester Yunayted" UEFA çempionlar Liqasına vəsiqə qazanmaq şanslarını itirib. Matc.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 36-cı turunda "Brayton"un qonağı olan "qırmızı şeytanlar" 0:4 hesabı ilə uduzub.
 
Bu nəticədən sonra "Mançester Yunayted" 58 xalla 6-cı pillədə qalıb və çL-ə vəsiqə şansını itirib. Son turda "Kristal Pelas"la oynyacaq MY ən yaxşı halda mövsümü 61 xalla bitirə biləcək. "Qırmızı şeytanlar" 2013/14 mövsümündən bəri ilk dəfə mövsümü belə az xalla başa vurmuş olacaq. Mançesterlilər həmin mövsümü 64 xalla bitirmişdilər.
 
Mançester təmsilçisi bu nəticədən sonra antirekorda da imza atıb. MY 41 il sonra ardıcıl 5 səfər oyununda darmadağına üzülüb. Komandanın cari mövsümdə üzləşdiyi böyükhesablı məğlubiyyətlərin siyahısını təqdim edirik:
 
Mançester Yunayted – Liverpul 0:5
Liverpul - Mançester Yunayted 4:0
Brayton - Mançester Yunayted 4:0
Mançester Siti - Mançester Yunayted 4:1
Uotford - Mançester Yunayted 4:1
 
Yeri gəlmişkən, "Mançester Yunayted"in hücumçusu Kristiano Ronaldo da karyerasında ilk dəfə çempionlar Liqasında oynamamaq riski ilə üzləşib. Portuqaliyalı futbolçu "Sportinq"lə debüt etdiyi çL-də 2002/03 mövsümündən başlayaraq hər mövsüm bu turnirdə oynayıb. 37 yaşlı oyunçu yayda klubunu dəyişməsə, ilk dəfə çempionlar Liqasında iştirak etməyəcək.
 
Xatırladaq ki, Ronaldo 2021-ci ilin yayında "Mançester Yunayted"ə qayıdıb. Kristiano bu mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 39 oyunda 24 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest