Bakıda təlim-məşq toplanışını başa vuran 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, "Sabah"ın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 2:1 hesablı qələbə qazanıb.
 
Millimizin heyətində Hüseyn Atayev və ümid Səlimov fərqlənib.
 
Xatırladaq ki, U-15 daha öncə "Neftçi"nin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşmadan 4:2 hesablı qələbə ilə ayrılmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest