Futbol üzrə Fransa çempionatında 36-cı turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bazar günü altı qarşılaşma baş tutub.

"Anje" "Bordo"nu, "Klermon" isə "Monpelye"ni məğlub yola salıb. "Lans" səfərdə "Reyms" üzərində qələbəyə sevinib. Marsel "Olimpik"i səfərdə "Loryan"ı 3 cavabsız qolla məğlub edib. Lion "Olimpik"i isə "Mets"lə səfər oyunundan məğlubiyyətlə ayrılıb.

ötən tur çempionluğu rəsmiləşdirən PSJ bu həftə "Trua" ilə qarşılaşıb. Paris təmsilçisi bu oyunda qələbəni əldən verib.

Fransa Liqa 1
36-cı tur

6 may

Lill – Monako 1:2
Qol: A.Qomes, 69 – Tçuameni, 42; 75.

7 may

Brest – Strasburq 0:1
Qol: Qameyro, 72.

8 may

Mets – Olimpik (Lion) 3:2
Qol: Payot, 27. Lamkel, 40. Bulaya, 90 – Dembele, 43; 84.

Anje – Bordo 4:1
Qol: ço, 5. Mendi, 36. Bahoken, 62. Laqe, 90 – Mara, 60.

Klermon – Monpelye 2:1
Qol: Raşami, 4. Bayo, 69-pen – Şotar, 32.

Reyms – Lans 1:2
Qol: Zeneli, 28 – Sotoka, 55. Fofana, 90+1.

Loryan – Olimpik (Marsel) 0:3
Qol: Dienq, 39. Genduzi, 48. Jerson, 67.

PSJ – Trua 2:2
Qol: Markinyos, 6. Neymar, 25-pen – Uqbo, 30. Tardieu, 49-pen.

11 may

21:00. Nitsa – Sent-Etyen
23:00. Nant – Renn

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest