Futbol üzrə Xorvatiya çempionatında 34-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Osiyek"lə qarşılaşıb. Futbolçumuzun komandası oyundan 3:0 hesablı qələbə ilə ayrılıb.
 
Mahir bu görüşdə iştirak etməyib. 25 yaşlı forvard sonadək ehtiyatda qalıb.
 
"Dinamo" 34 oyuna topladığı 73 xalla hazırda 10 kollektiv arasında 1-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest