İngiltərə Premyer Liqasının XXVI turunda "Mançester Siti" ilə səfər oyunu "çelsi"nin tarixinə atirekord kimi düşüb. Matc.az saytı xəbər verir ki, 0:6 hesabı ilə məğlub olan London təmsilçisi bununla ilk dəfə Premyer Liqada qapısında 6 top görüb.
Buna qədər "zadəganlar" 4-dən çox top buraxmamışdı. Komanda 1991-ci ildə "Nottingem Forest"ə 0:7 hesabı ilə yeniləndə çempionat hələ Premyer Liqa adını daşımırdı.
Bugünkü qarşılaşmada rəqib qapısından 3 top keçirən "Mançester Siti"nin hücumçusu Serxio Aquero isə 11-ci dəfə het-trik müəllifi olub. Bununla o, Premyer Liqanın rekordçusu Alan Şirerə çatıb.