"Turan Tovuz" klubu yaxın günlərdə yeni baş məşqçisi Ayxan Abbasovla müqavilə imzalayacaq. Matc.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Bildirilib ki, artıq PRO kateqoriyalı mütəxəssislə razılıq əldə olunub: "Müqavilənin detalları, klubun strategiyası, hazırlıq planı və transfer siyasəti haqqında ictimaiyyətə ətraflı məlumat veriləcək".
 
Xatırladaq ki, "Turan Tovuz" 2022/23 mövsümündən Azərbaycan Premyer Liqasında çıxış edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest