"Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 4-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.

"Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 4-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:4 hesabıyla uduzduqları səfər oyunundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Azarkeşlərə təşəkkür edirəm. 90 dəqiqə bizə dəstək oldular. Rəqib Azərbaycanın ən yaxşı komandalarından biridir. Matçın çətin keçəcəyini bilirdik. Rəqibin daha çox topa sahib olduğunu da təxmin edirdik. Ani diqqətsizlik qolla nəticələnir. Fərdi səhvlərdən qapımızda qollar görürük. Oyunçular mübarizə aparır. Gələcəyə ümidlə baxa bilərik. İlk 20-25 dəqiqədə yaxşı mübarizə apardıq. Yerli futbolçularla mübarizəyə başlamışıq. 6 aydan sonra baxacağıq. Ehtiyacımız olan mövqelərə transfer edəcəyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest