"Rahatlaşsaydıq, daha çox qol vurmağa çalışmazdıq. Kuryoz qol buraxdıq"
"Sabah"ın məşqçisi Artur Olenin Premyer Liqanın 7-ci turu çərçivəsində "Turan Tovuz"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
- Əvvəlcə şəhidlərə Allahdan rəhmət diləyirəm. ümid edirəm, müharibə tez bitəcək. Oyuna gəldikdə, üstünlük bizdə oldu. Yaxşı qol imkanlarımız var idi. Rəqibin qolundan sonra da hücumlarımızı artırdıq və 3-cü qolu vurduq.
- Hesabda irəli olandan sonra komandanın rəqibə qeyri-ciddi yanaşdığını demək olar?
- Məncə, belə olmadı. Rahatlaşsaydıq, daha çox qol vurmağa çalışmazdıq. Kuryoz qol buraxdıq.
- Futbolçularınıza rəqibdə əsas nəyə diqqət etməyi tövsiyə edirdiz?
- Oyun ərzində etməli olduqlarını deyirdik.
- İndiki məqamda qarşıdakı fasilə "Sabah" üçün faydalıdır?
- Əlimizdə olan oyunçularla hazırlaşacağıq. Zədəlilərimiz də fasilədən sonra geri qayıdacaq. Bu, bizim üçün faydalı olacaq.