İspaniyanın "Elçe" klubu baş məşqçi Fransisko Rodrigesi istefaya göndərib. Matc.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Klub uğursuz nəticələrə görə 44 yaşlı mütəxəssislə vidalaşıb. Komanda çempionatda keçirdiyi son 5 qarşılaşmada məğlub olub.
 
"Elçe" La Liqada 7 turdan sonra 1 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest