Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra Azərbaycan millisinin italiyalı baş məşqçisi Canni De Byazi ilə müqavilənin uzadılmasına qərar verilib.
 
İclasda aşağıdakı qərarlar qəbul olunub:
 
1. Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilənin müddəti daha bir seçmə mərhələ müddətinə uzadılsın.
 
2. Azərbaycan U-19 milli komandasının baş məşqçisi Miloş Velebitlə müqaviləyə xitam verilsin. U-19-un baş məşqçisi vəzifəsinə təyinatla bağlı əlavə məlumat veriləcək.
 
3. Qızlardan ibarət milli komandaların baş məşqçiləri təsdiq olunsun:
 
Azərbaycan U-19 (qızlar) – Zamir Həsənov
 
Azərbaycan U-17 (qızlar) – Nərgiz Qurbanova
 
Azərbaycan U-15 (qızlar) – Xanlar Əliyev
 
4. Lisenziyalaşdırma qaydalarında (Buraxılış – 2022) müvafiq dəyişikliklər təsdiq olunsun.
 
5. Futbol Veteranları Fondunun Əsasnaməsində müvafiq dəyişikliklərin aparılması ilə bağlı təkliflərin hazırlanması baş katibliyə tapşırılsın.
 
6. Yoxlama-Təftiş Komitəsinin tərkibi aşağıdakı kimi təsdiq olunsun:
 
Sədr
 
Xalid Cavadov – AFFA nümayəndəsi
 
üzvlər:
 
Xanım Məmmədova – AFFA nümayəndəsi
 
Tariyel Şirəliyev – SOCAR nümayəndəsi
 
Hafiz Quliyev – İqtisadiyyat Nazirliyinin nümayəndəsi
 
Səftər Vəlizadə – Dövlət Auditorlar Palatasının nümayəndəsi
 
Elnur Kazımov – Dövlət Auditorlar Palatasının sərbəst auditoru

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest