Azərbaycan millisinin keçmiş hücumçusu Şamil Laxiyalov Rusiya Milli Futbol Liqasının (FNL) prezidentliyinə namizədliyini irəli sürüb. Matc.az xəbər verir ki, bu barədə "Championat" nəşri məlumat yayıb.
 
Laxiyalov seçkilərdə 13 səs toplayıb. Bu da ona FNL prezidenti olmaq üçün bəs etməyib.
 
Sözügedən posta 53 səslə Lahiyalovun yeganə rəqibi Nail İzmayılov seçilib.
 
Laxiyalov 1998-1999-cu illərdə Azərbaycan yığmasında və "Şəfa" komandasında Rəşid adı ilə çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest