"Real" çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində qarşılaşacağı Donetsk "Şaxtyor"u ilə matça ciddi itki ilə çıxacaq. Matc.az xəbər verir ki, Tibo Kurtua Ukrayna təmsilçisi ilə matçda oynamayacaq.
 
Belçikalı qapıçı qarşılaşmanın "23-lüy"ünə düşməyib. "Real" 3-cü turun matçına digər qolkiperləri – Andrey Lunin, Luis Lopes və Lukas Kanisaresi sifariş edib.
 
30 yaşlı belçikalı sağlamlığı ilə bağlı problem yaşayır. O, qurşaq nahiyəsində ağrılardan əziyyət çəkir.
 
F qrupunun "Real" – "Şaxtyor" oyunu saat 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest