"Sevilya" baş məşqçi Xulen Lopeteqini istefaya göndərib. Matc.az xəbər verir ki, klub rəhbərliyi çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Borussiya"ya (Dortmund) 1:4 hesabı ilə uduzduqdan dərhal sonra Lopeteqi ilə yollarını ayırıb.
 
O, 2019-cu ilin yayında "Sevilya"ya baş məşqçi təyin edilmişdi.
 
Əndəlusiya təmsilçisinin Fatih Terimlə anlaşdığı bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest