Futbol üzrə İsveçrə millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb. Matc.az İsveçrə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Murat Yakın 26 oyunçuya dəvət göndərib.
Heyətdə 4 qapıçı, 7 müdafiəçi, 8 yarımmüdafiəçi və 7 hücumçu yer alıb:
Qapıçılar: Yann Zommer ("Borussiya", Mönhenqladbax, Almaniya), Qreqor Kobel ("Borussiya", Dortmund, Almaniya), Filipp Ken ("Zalsburq", Avstriya), Yonas Omlin ("Monpelye", Fransa);
Müdafiəçilər: Manuel Akanci ("Mançester Siti", İngiltərə), Erar Comert ("Valensiya", İspaniya), Niko Elvedi ("Borussiya", Mönhenqladbax, Almaniya), Rikardo Rodriges ("Torina", İtaliya), Fabian Şer ("Nyukasl", İngiltərə), Silvan Vidmer, Edimilson Fernandeş (hər ikisi "Maynts", Almaniya);
Yarımmüdafiəçilər: Mişel Ebişer ("Bolonya", İtaliya), Fabian Fray ("Bazel"), Remo Froyler ("Nottingem Forrest", İngiltərə), Ardon Yaşari ("Lütsern"), Fabian Rider ("Yanq Boyz"), Cibril So ("Ayntraxt" Frankfurt, Almaniya), Qranit Caka ("Arsenal", İngiltərə), Denis Zakariya ("çelsi", İngiltərə);
Hücumçular: Bril Embolo ("Monako", Fransa), Kristian Fassnaxt ("Yanq Boyz"), Noa Okafor ("Zalsburq", Avstriya), Haris Seferoviç ("Qalatasaray", Türkiyə), Cerdan Şakiri ("çikaqo", ABŞ), Renato Şteffen ("Luqano"), Ruben Varqas ("Auqsburq", Almaniya).
Dç-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. İsveçrə millisi Serbiya, Kamerun və Braziliya ilə birlikdə G qrupunda mübarizə aparacaq.