Futbol üzrə Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlayıb.
Matc.az Xorvatiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis 26 nəfərdən ibarət heyətdə 3 qapıçı, 9 müdafiəçi, 8 yarımmüdafiəçi və 6 hücumçuya yer verib.
Xorvatiya millisi noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək mundialda Belçika, Kanada və Mərakeşlə birlikdə F qrupunda mübarizə aparacaq.
Qapıçılar: Dominik Livakoviç ("Dinamo", Zaqreb), İvitsa İvuşiç ("Osiek"), İvo Qrbiç ("Atletiko", Madrid, İspaniya);
Müdafiəçilər: Domaqoy Vida (AEK, Yunanıstan), Deyan Lovren ("Zenit", Rusiya), Borna Barişiç ("Reyncers", Şotlandiya), Yosip Yuranoviç ("Seltik", Şotlandiya), Yoşko Qvardiol ("Leypsiq", Almaniya), Borna Sosa ("Ştutqart", Almaniya), Yosip Stanişiç ("Bayern", Almaniya), Martin Erliç ("Sassuolo", İtaliya), Yosip Şutalo ("Dinamo", Zaqreb);
Yarımmüdafiəçilər: Luka Modriç ("Real", İspaniya), Mateo Kovaçiç ("çelsi", İngiltərə), Marselo Brozoviç ("İnter", İtaliya), Mario Paşaliç ("Atalanta", İtaliya), Nikola Vlaşiç ("Torino", İtaliya), Lovro Mayer ("Renn", Fransa), Kristian Yakiç ("Ayntraxt", Almaniya), Luka Suçiç ("Zalsburq", Avstriya);
Hücumçular: İvan Perişiç ("Tottenhem", İngiltərə), Andre Kramariç ("Hoffenhaym", Almaniya), Bruno Petkoviç, Mislav Orşiç (hər ikisi "Dinamo", Zaqreb), Ante Budimir ("Osasuna", İspaniya), Marko Livaya ("Hayduk").