Futzal üzrə Dç-2024-un əsas mərhələsində Azərbaycan millisinin rəqibləri olan Yunanıstan və Polşa yığmaları bu gün Afinada üz-üzə gəliblər. Matc.az xəbər verir ki, oyun Polşa yığmasının 4:1 hesablı qələbəsi ilə başa çatıb.
 
Turnir cədvəlinə aktivində 6 xal olan millimiz başçılıq edir. Polşa yığmasının da 6 xalı var, amma rəqib komandamızla müqayisədə bir oyun çox keçirib.
 
Xatırladaq ki, Azərbaycan yığması gələn il martın 3-də Bakıda Yunanıstan, 4 gün sonra isə səfərdə Polşa ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest