"Sabah"ın futbolçusu Aleksey Kaşuk Ukraynanın 21 yaşadək futbolçulardan ibarət milli komandasına dəvət alıb. Matc.az Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi noyabrın 19-da İsrail, noyabrın 21-də Gürcüstanla yoldaşlıq matçları üçün heyətdə yer alacaq.
 
Yığmanın 15-22 noyabrda Gürcüstanda təlim-məşq toplanışı planlaşdırılır.
 
Ukraynanın U-21 yığması 2023-cü ildə Avropa çempionatının final mərhələsində çıxış edəcək. Komanda B qrupunda Rumıniya, İspaniya və Xorvatiya ilə mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest