"Neftçi" Futbol Akademiyası 2015, 2016, 2017-ci il təvəllüdlü uşaqlar arasında seçimlərə start verir.
 
Matc.az xəbər verir ki, seçimlər 17, 18, 19 noyabr tarixlərində Bakıxanov qəsəbəsindəki "Türk Hava Yolları Futbol Mərkəzi"ndə keçiriləcək və saat 18:00-da başlayacaq.
 
Qeyd edək ki, seçimlərdə iştirak edəcək uşaqların doğum haqda şəhadətnaməsi tələb olunacaq.
 
Əlavə məlumat üçün +994 50 202 11 20 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest