"Sauthempton"un yeni baş məşqçisinin adına aydınlıq gəlib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisini Neytan Cons çalışdıracaq.
 
Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. 49 yaşlı mütəxəssislə 3,5 illik müqavilə imzalanıb.
 
Neytan Cons bu vəzifədə noyabrın 7-də istefaya göndərilmiş Ralf Hazenhüttlü əvəzləyəcək.
 
Qeyd edək ki, Neytan son olaraq "Luton"da baş məşqçilik edib.
 
Xatırladaq ki, "Sauthempton" hazırda Premyer Liqanın turnir cədvəlində 12 xalla 18-cidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest