"Qarabağ"ın ötən gün "Turan Tovuz"la matçda (2:0) zədələnən qapıçısı Şahruddin Məhəmmədəliyev "İnstagram" hesabında durumu ilə bağlı paylaşım edib. Matc.az xəbər verir ki, o, özünü yaxşı hiss etdiyini bildirib:
 
"Mənə görə narahat ola hər kəsə təşəkkür edirəm. Mən yaxşıyam. Təşəkkürlər, Tovuz".
 
Xatırladaq ki, Şahruddin Misli Premyer Liqasının 3-cü turundan təxirə salınmış "Turan Tovuz"la görüşün sonlarında boynundan ağır xəsarət alıb. O, meydanı xərəkdə tərk edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest