Futbol üzrə İngiltərə millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb. Matc.az İngiltərə Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Qaret Sautqeyt 26 oyunçuya dəvət göndərib.

Qapıçılar: Cordan Pikford ("Everton"), Nik Poup ("Nyukasl"), Aaron Ramsdeyl ("Arsenal");

Müdafiəçilər: Trent Aleksander-Arnold ("Liverpul"), Lyuk Şou, Harri Maquayr (hər ikisi "Mançester Yunayted"), Kiran Tripyer ("Nyukasl"), Con Stounz, Kayl Uoker (hər ikisi "Mançester Siti"), Konor Kodi ("Everton"), Erik Dayer ("Tottenhem"), Ben Uayt ("Arsenal");

Yarımmüdafiəçilər: Cud Bellingem ("Borussiya", Dortmund, Almaniya), Meyson Maunt, Rahim Sterlinq, Konor Qallaxer (hamısı "çelsi"), Kelvin Fillips, Cek Qriliş, Fil Foden (hamısı "Mançester Siti"), Cordan Henderson ("Liverpul"), Deklan Rays ("Vest Hem"), Bukayo Saka ("Arsenal"), Ceyms Maddison ("Lester Siti");

Hücumçular: Markus Reşford ("Mançester Yunayted"), Harri Keyn ("Tottenhem"), Kallum Uilson ("Nyukasl").

Dç-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. İngiltərə B qrupunda ABŞ, İran və Uels yığmaları ilə mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest