Futbol üzrə Polşa və Mərakeş yığmalarının bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyətləri bəlli olub. Matc.az Polşa Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi çeslav Mixneviç 26 oyunçuya dəvət göndərib.
Qapıçılar: Voytsex Şesnı ("Yuventus", İtaliya), Lukaş Skorupski ("Bolonya", İtaliya), Bartlomey Dronqovski ("Spetsiya", İtaliya);
Müdafiəçilər: Kamil Qlik ("Benevento", İtaliya), Bartoş Bereşinski ("Sampdoriya", İtaliya), Yan Bednarek, Metti Keş (hər ikisi "Aston Villa", İngiltərə), Robert Qumni ("Auqsburq", Almaniya), Artur Yendjeyçik ("Legiya"), Yakub Kivyor ("Spetsiya", İtaliya), Mateuş Veteska ("Klermon", Fransa), Nikola Zalevski ("Roma", İtaliya);
Yarımmüdafiəçilər: Qjeqoj Krıxovyak ("Əl-Şabab", Səudiyyə Ərəbistanı), Kristian Belik ("Birmingem", İngiltərə), Damian Şimanski (AEK, Yunanıstan), Pyotr Zelinski ("Napoli", İtaliya), Sebastian Şimanski ("Feyenoord", Niderland), Şimon Jurkovski ("Fiorentina", İtaliya), Yakub Kaminski ("Volfsburq", Almaniya), Pşemıslav Frankovski ("Lans", Fransa), Kamil Qrositski ("Poqon"), Mixal Skuras ("Lex");
Hücumçular: Robert Levandovski ("Barselona", İspaniya), Arkadiuş Milik ("Yuventus", İtaliya), Kşiştof Pyontek ("Salernitana", İtaliya), Karol Sviderski ("Şarlott", ABŞ).
Polşa millisi noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək mundialda Meksika, Səudiyyə Ərəbistanı və Argentina ilə birlikdə C qrupunda mübarizə aparacaq.
Mərakeş yığmasının 26 oyunçudan ibarət heyətində isə bu futbolçular yer alıb:
Qapıçılar: Əhməd Tanyauti ("Vidad"), Yassin Bono ("Sevilya", İspaniya), Munir Əl-Kajui ("Əl-Vəhdə", Birləşmiş Ərəb Əmirlikləri);
Müdafiəçilər: Əşrəf Hakimi (PSJ, fransa), Nussayr Mazraui ("Bavariya", Almaniya), Naif Ager ("Vest Hem", İngiltərə), Romen Saiss ("Beşiktaş", Türkiyə), Əşrəf Dari ("Brest", Fransa), Cavad Əl-Yamik ("Valyadolid", İspaniya), Yəhya Attiyat-Allah ("Vidad"), Bədr Banun ("Qətər", Qətər);
Yarımmüdafiəçilər: Sofyan Amrabat ("Fiorentina", İtaliya), Abdülhamid Sabiri ("Sampdoriya", İtaliya), Səlim Amalla ("Standard", Belçika), Azzedin Unay, Sofyan Bufal (hər ikisi "Anje", Fransa), Bilal Əl-Hannus ("Genk", Belçika), Yəhya Jabrane ("Vidad"), Hakim Ziyeş ("çelsi", İngiltərə), Amin Arit ("Marsel", Fransa);
Hücumçular: Abde Ezzalzuli ("Osasuna", İspaniya), Zakaria Abuxlal ("Tuluza", Fransa), İlyas Şair (QPR, Uels), Yussef En-Nesiri ("Sevilya", ispaniya), Valid çeddira ("Bari", İtaliya), Abderrazak Həmdullah ("Əl-İttihad", Səudiyyə Ərəbistanı).
Mərakeş yığması Dç-2022-də Xorvatiya, Belçika və Kanada ilə birlikdə F qrupunda mübarizə aparacaq.