Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. Matc.az İFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, 301 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb.
 
Aktivində 143.5 xal olan Ağdam klubu 8 pillə irəliləyərək 83-cü sırada qərarlaşıb.
 
Siyahıya 329 xala malik "Flamenqo" (Braziliya) başçılıq edir. İngiltərənin "Liverpul" klubu (311 xal) ikinci, Braziliyanın digər təmsilçisi "Palmeyras" (308 xal) üçüncüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest