Futbol üzrə Ukrayna Premyer Liqasında 13-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi "Aleksandriya" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv bu dəfə "Veres-Rivne"ni qəbul edib. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 3:2.
 
Mustafayev bu görüşün iştirakçısı olmayıb. O, bu dəfə sonadək ehtiyatda qalıb.
 
"Aleksandriya" 13 turdan sonra 23 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest