İngiltərənin "Mançester Yunayted" klubu hücumçusu Kristiano Ronaldonun "The Sun" nəşrinə verdiyi qalmaqallı müsahibə ilə bağlı bəyanat yayıb. Matc.az xəbər verir ki, portuqaliyalı futbolçunun ittihamlarına bütün faktlar nəzərdən keçirildikdən sonra cavab veriləcəyi bildirilib:
 
"Hazırda əsas məqsədimiz mövsümün ikinci yarısına hazırlaşmaq, oyunçular, agentlər, heyət və azarkeşlər arasında qurulan inamı və birliyi qoruyub saxlamaqdır".
 
Xatırladaq ki, 37 yaşlı forvard müsahibəsində "Mançester Yunayted"in ona xəyanət etdiyini, klubda bəzi şəxslər tərəfindən sevilmədiyini və baş məşqçi Erik ten Haqa hörmət etmədiyini söyləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest