Rusiyanın "Rubin" klubu baş məşqçisi Leonid Slutski ilə yollarını ayırıb. Matc.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis öz istəyi ilə baş məşqçi postunu tərk edib.
 
Slutski bu gün klubun bazasında komanda ilə vidalaşıb.
 
O, 2019-cu ildən "Rubin"də çalışırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest