İspaniyanın "Selta" klubunun ev oyunlarını keçirdiyi "Balaidos" stadionu sel sularının altında qalıb. Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
 
Belə ki, güclü leysan yağışlarından sonra çayların daşması nəticəsində Viqo şəhərində müxtəlif obyektlərlə yanaşı, "Selta"nın stadionunu da su basıb. Məlumata görə, arenada ən çox rəsmi mağazaya, ofislərə, meydana aparan tunellərə və mikst-zonaya ziyan dəyib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest