"Neftçi"ni tanıyıram, böyük klubdu. Əlbəttə, hər bir futbolçu "Neftçi"də oynamaq istəyər"

"Neftçi"nin yeni transferi Höccət Haqverdi klubun televiziyasına açıqlamasında təəssüratlarını bölüşüb. Matc.az saytı xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi bu keçidə görə sevincli olduğunu söyləyib.

30 yaşlı futbolçunun fikirlərini təqdim edirik:

"Əla hisslər keçirirəm. Əvvəllər Azərbaycanda olmuşam. "Neftçi"ni tanıyıram, böyük klubdu. Əlbəttə, hər bir futbolçu "Neftçi"də oynamaq istəyər. çox tanınmış klubdu, böyük tarixə malikdi. çoxlu azarkeşləri var. Bu keçidə görə xoşbəxtəm. öz oyunumu burada göstərmək üçün çox istəkliyəm. 

İran çempionatında fasilə yaranmışdı. Hər bir çempionatda fasilə olanda oyunçular istirahətə gedirlər. Amma peşəkar futbolçu kimi, öz bədəninin qayğısına qalmalısan. Bir neçə gün istirahət etdikdən sonra məşqçimlə birlikdə məşqlərə başladım. İndiki halda özümü 80 faiz hazır hesab edirəm. Komanda ilə məşqlərə qoşulmalıyam ki, özümü 100 faiz hazır hiss edim. 

Uğur qazanmaq üçün hər bir komandada futbolçular arasında rəqabət olmalıdı. Bu daha da maraqlı olur. Hər kəs start heyətində yerini möhkəmləndirmək üçün mübarizə aparmalıdır. Bu təkcə mənim üçün deyil, komandanın uğurları üçün də faydalıdı. 

Bura gələndən sonra baş məşqçi ilə aramızda danışıq oldu. İndiki vəziyyətim, hazırlığım haqqında suallar verdi, məndən nələr istədiyini izah etdi. Mənə hər şey aydın oldu. Hər şey qaydasındadır. 

Bayaq vurğuladığım kimi, "Neftçi" böyük addı. Nəinki Azərbaycanda, hətta başqa ölkələrdə də. Yəni 2-ci, 3-cü, 4-cü yerlər üçün deyil, çempionluq uğrunda mübarizə aparmalıyıq. Bu mənim əsas məqsədimdi. çempionatda birinci yer uğrunda mübarizə aparmalıyıq və kuboku qazanmalıyıq. ümid edirəm ki, ondan sonra Avropada da uğurlar qazanarıq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest