Səudiyyə Ərəbistanının "Əl-Nəsr" və "Əl-Hilal" klublarının futbolçularından ibarət komanda ilə Fransa PSJ-si arasında yoldaşlıq oyunu keçirilib. Matc.az xəbər verir ki, "King Fahd İnternational" stadionunda baş tutan qarşılaşmada qapılara 9 qol vurulub.
 
90 dəqiqənin tamamında Paris təmsilçisi 5:4 hesablı qələbəyə sevinib.
 
Hesabı 3-cü dəqiqədə Fransa klubunun ulduz futbolçusu Lionel Messi açıb. 34-cü dəqiqədə "Əl-Nəsr"in yeni transferi Kristiano Ronaldo penaltidən dəqiq yararlanaraq tarazlığı bərpa edib.
 
PSJ 39-cu dəqiqədə azlıqda qalıb. Xuan Bernat birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Buna baxmayaraq, parislilər 43-cü dəqiqədə yenidən önə keçiblər. Bu dəfə Markinyos fərqlənib. 45+6-cı dəqiqədə Ronaldo özünün və komandasının 2-ci qolunu vurub. 53-cü dəqiqədə Fransa təmsilçisindən Serxio Ramos 3-cü topu rəqibin qapısından keçirib. 56-cı dəqiqədə çan Xyon Su hesabı bərabərləşdirib. 60-cı dəqiqədə Kilian Mbappe qonaqları yenidən önə keçirib.
 
61-ci dəqiqədə Ronaldo, 1 dəqiqə sonra isə Messi əvəzləniblər. 78-ci dəqiqə Yuqo Ekitike 5-ci dəfə meydan sahiblərini məyus edib. Son nöqtəni isə 90+4-cü dəqiqədə Anderson Taliska qoyub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest