Fransanın "Loryan" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi Seneqal yığmasının və Marsel "Olimpik"inin hücumçusu Bamba Dyenqi transfer edib.
 
22 yaşlı forvard yeni klubu ilə 2.5 + 2 illik müqaviləyə imza atıb. "Loryan" bu transferə görə Marsel təmsilçisinə 8 milyon avro ödəyib.
 
Marsel "Olimpik"i Bambanı 2021-ci ildə Seneqalın "Diambars" klubundan 400 min avro qarşılığında transfer etmişdi. Hücumçu bu komandada meydana çıxdığı 54 oyunda 11 qol vurub. O, Seneqal yığmasında da 17 oyuna 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest