Futbol üzrə Xorvatiya çempionatında 19-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda Zaqrebin digər təmsilçisi "Lokomotiva" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
 
Emreli də bu görüşün iştirakçısı olub. O, 69-cu dəqiqədə meydana buraxılıb.
 
"Dinamo" 19 turdan sonra 45 xalla zirvədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest