Sabah çempionlar Liqasında 1/8 final mərhələsinin iki cavab oyunu keçiriləcək. Matc.az saytının xəbərinə görə, gecənin ən maraqlı qarşılaşması İngiltərədə baş tutacaq.

"çelsi" Londonda Almaniyanın "Borussiya" (Dortmund) klubunu qəbul edəcək. İlk görüşdə minimal hesabla qalib gələn almanların 8 ən güclü komanda sırasına yüksəlməsi üçün uduzmamağı kifayətdir. Oyunu niderlandlı hakim Danni Makkelye idarə edəcək.

Günün digər görüşü Portuqaliyada keçiriləcək. "Benfika" "Estadio da Lij" stadionunda ilk görüşdə məğlub etdiyi "Brügge" ilə üz-üzə gələcək. Bu oyunun baş hakimi türkiyəli Halil Meler olacaq.

çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
7 mart

00:00 "çelsi" (İngiltərə) – "Borussiya" (Almaniya)
"Stemford Bric" arena. Baş hakim: Danni Makkelye (Niderland)

İlk oyun: 0:1

00:00 "Benfika" (Portuqaliya) – "Brügge" (Belçika)
"Estadio da Lij": Baş hakim: Halil Meler (Türkiyə)
İlk oyun: 2:0

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest