İngiltərənin "çelsi" komandasının baş məşqçisi Qrem Potter London təmsilçisinin tarixinə düşüb. Matc.az xəbər verir ki, o, "zadəganlar"ın sükanı arxasında UEFA çempionlar Liqasında pley-off mərhələsini adlayan ilk ingilis baş məşqçi olub.
 
48 yaşlı mütəxəssis bunu evdə Almaniyanın "Borussiya" (Dortmund) klubuna 2:0 hesabı ilə qalib gəlməklə bacarıb. "Zadəganlar" Dortmunddakı ilk qarşılaşmada minimal hesabla (0:1) uduzsalar da, iki görüşün nəticəsinə əsasən 1/4 finala yüksəliblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest