ötən gecə UEFA çempionlar Liqasının 1/8 finalında İngiltərənin "çelsi" klubuna uduzaraq mübarizəni dayandıran Almaniyanın "Borussiya" (Dortmund) komandası heyətlə də bağlı ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, dortmundluların yarımmüdafiəçisi Yulian Brandt bu matçın əvvəlindəcə zədələnərək 5-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb.
 
26 yaşlı alman futbolçunun zədəsinin nə dərəcədə ciddi olduğu ətraflı müayinələrdən sonra müəyyənləşəcək.
 
Brandt bu mövsüm "Borussiya"nın heyətində meydana çıxdığı 31 oyunda 9 qol vurub, 5 məhsuldar ötürmə edib.
 
Xatırladaq ki, "Borussiya" "çelsi"yə doğma meydanda 1:0 hesabıyla qalib gəlsə də, səfərdə 0:2 hesabıyla uduzaraq mübarizəni dayandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest